Norveç şirkəti Azərbaycanda nümayəndəliyini açır

Azərbaycanda Norveçin "Aker Solutions ASA" şirkəti qeydiyyata alınıb. Trend-in "Vergilər" qəzetinə istinadən verdiyi məlumata görə, şirkət əsasən şelfdə olmaqla neft-qaz istehsal obyektlərinin tikintisi və layihələndirməsi sahəsində xidmət göstərir.  Yeni şirkətin (MMC) hüquqi nümayəndəsi Ole Paulsendir. Şirkət dekabrın 4-də Vergilər Nazirliyində qeydiyyatdan keçib. MMC aşağıdakı ünvanda qeydiyyata alınıb: Bakı, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 4/189, Falez Plaza.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31