Dam örtüklərindən şiferlərin dəyişdirilməsilə bağlı mexanizm hazırlanacaq

Azərbaycanda evlərin dam örtüyündə asbest şiferlərdən istifadəyə qadağa qoyulması təbii haldır və vacibdir. "OLAYLAR"ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib:  "Asbest şiferlərdən istifadəyə qadağa qoyulması təbiidir. Çünki dünyanın hər yerində belədir. Bu şiferlər radiasiya təhlükəsi yaradır. Bu səbəbdən biz dünyada mövcud olan standartları qəbul edirik. Azərbaycanda bu şiferlərin istifadədən çıxarılması çox düzgün olardı. Amma şiferlər dəyişdirilərkən bunun dövlət və ya əhalinin öz hesabına edilməsi ilə bağlı mexanizmlər hələ hazırlanmayıb. Bununla bağlı mexanizmlər hazırlanacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31