Çörək və şirniyyat sexlərində vəziyyət hələ də qənaətbəxş deyil

Azərbaycanda çörək sexlərində vəziyyət əvvəlki vaxtlara nisbətən yaxşılaşır. "OLAYLAR"ın məlumatına görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov məlumat verib. Onun sözlərinə görə, monitorinqlər nəticəsində sexlərdə vəziyyət nəzarətə götürülsə də, bu sahədə problem tam həll edilməyib: "Yenə də bəzi dırnaqarası iş adamları öz işindədir. Onlar keyfiyyətsiz məhsul istehsal edərək bazara buraxırlar". Komitə sədri bildirib ki,  çörək sexləri ilə yanaşı şirniyyat sexlərində də eyni vəziyyət müşahidə olunur:  "Şirniyyat sexlərində də vəziyyət eynidir. Təəssüf ki, keyfiyyətsiz məhsul istehsal edən şirniyyat sexlərinin sayı çoxdur. Belə sexlərin hamısını aşkarlaya bilmirik. Bizə də bununla bağlı kömək lazımdır. Komitəmizdə "Qaynar xətt" fəaliyyət göstərir, əhali "Qaynar xətt"ə müraciət edərək həmin sexlərlə bağlı bizə məlumat versin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31