Azərbaycanın sığorta bazarı 5%-dən çox böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 403,1 mln. manat sığorta haqqı toplanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasından "APA-Economics"ə verilən məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 5,3% çoxdur. 11 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 157,5 mln. manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% çoxdur. Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 39,1 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-noyabr aylarında 37,5 manat olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31