Beynəlxalq Bankın departament direktoru işdən çıxdı

Azərbaycan Beynəlxalq Bankının (ABB) Mühasibatlıq və büdcə departamentinin direktoru Rəşad Qasımov işdən çıxıb. Hələlik bu vəzifəyə təyinat aparılmayıb. Xatırladaq ki, dekabrın 24-də "İnter" futbol klubunun Müşahidə Şurasının iclasında R.Qasımovun klubun prezidenti təyin edilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, R.Qasımov 2011-ci ildən Azərbaycan Beynəlxalq Bankının Mühasibat uçotu və nəzarət departamenti direktoru vəzifəsində çalışır. O, 2000-2011-ci illərdə bankın Maliyyə menecmenti, Mərkəzi xəzinədarlıq, Mühasibatlıq və büdcə proqnozlaşdırılması departamentlərində müxtəlif vəzifələrdə işləyib. 1999-2000-ci illərdə "Aqrar-Qafqaz" şirkəti, "Middle Eastern Textiles" şirkətlərində çalışıb. 1994-1999 Gəncə zona hesablaşma kassa mərkəzində müxtəlif vəzifələrdə işləyib. Qasımov Rəşad Müzəffər oğlu 29 iyun, 1977-ci ildə anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında təhsil alıb (APA).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31