Neft hasilatının azalması büdcə gəlirlərinə təsir edir
15 Oktyabr 2012 16:42 İqtisadiyyat"Ölkədə neft hasilatının azalması mütləq dövlət büdcəsinin proqnozunda nəzərə alınmalıdır". Bunu deyən iqtisadşçı alım Əli Əlirzayevin sözlərinə görə, neft hasilatının azalması paralel olaraq büdcə gəlirlərinin azalmasına ilə nəticələnəcək: "Azərbaycanın dövlət büdcəsinin əsas gəlirləri neftdəndir. Əgər neft gəlirləri azalsa, digər sahələrin də inkişafı ləngiyə bilər. Ola bilər ki, dövlətin gələcək illər üçün valyuta ehtiyatı olsun, ancaq nəzərə almaq lazımdır ki, biz neftdən asılı olaraq büdcəni formalaşdırırıq. Bütün hallarda neft gəlirlərinini azalması dövlət büdcəsinin xərclərinin azalması deməkdir. Ona görə, büdcənin proqnozlaşdırılması zamanı mütləq neft amili nəzərə alınmalıdır". Ekspertin sözlərinə görə, indi büdcədə neftin dəyərini 80 dollar götürürlər. Ancaq nəzərə almaq lazımdır ki, dünya bazarında neftin qiyməti həmişə sabit qalmır. Bu baxımdan büdcə təsdiq olunan zaman neftin hasilatı və ixracı məsələlərinə diqqət yetirilməlidir.