Azərbaycanın iri bankında kadr dəyişiklikləri baş verib
28 Dekabr 2015 12:07 İqtisadiyyatRəşad Qasımov Azərbaycan Beynəlxalq Bankının (ABB) Mühasibatlıq və büdcə departamentinin rəhbəri vəzifəsini tərk edib. ABB-dən Trend-ə bildiriblər ki, bu, R.Qasımovun dekabrın 24-dən "İnter" (Bakı) futbol klubunun Müşahidə Şurasının iclasında klubun prezidenti seçilməsi ilə əlaqədardır. Bankdan qeyd ediblər ki, Departamentin rəhbəri vəzifəsi hələ vakantdır: "Bu vəzifə inzibatidir və vəzifəyə təyinetmə Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiq edilməlidir. Buna görə də bu proses bir neçə gün davam edə bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31