SOCAR Özbəkistanın milli neft-qaz holdinqi ilə birgə müəssisə yaradır
28 Dekabr 2015 10:48 İqtisadiyyatSOCAR və Özbəkistanın milli neft-qaz holdinqi olan "Uzbekneftqaz" birgə müəssisə yaradır. "APA-Economics"in Özbəkistan KİV-ə istinadən verdiyi məlumata görə, tərəflər paritet əsaslarla birgə müəssisənin yaradılması haqqında müvafiq memorandum imzalayıblar. Birgə müəssisə Özbəkistanda neft-qaz sahəsində enerji texnologiyalarının tətbiqini nəzərdə tutur. Bildirilir ki, SOCAR bu cür layihələrin reallaşdırılması üçün bütün lazımi avadanlıq və texnologiyalara malikdir. Birgə müəssisənin yaradılması ilə bağlı təsis müqaviləsi 2016-cı ilin ilik yarısında imzalana bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31