Neftçilər prospektinin daha bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bu gündən etibarən asfalt örtüyünün yenilənməsi ilə əlaqədar Neftçilər prospektinin (Hökumət evinin qarşısı) 4 zolağında nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, təmir işlərinin dekabrın 28-də yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası gələn il iyun ayında keçiriləcək "Formula-1" üzrə Avropa Qran-prisi ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri mərhələli şəkildə həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31