Büdcə xərclərinin 40 faizi iqtisadiyyatın inkişafına xərclənib

Maliyyə Nazirliyinin məlumatlarına əsasən Cari ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 11.0 milyard manat, yaxud 2011-ci ilin müvafiq dövründəkindən 42.0 faiz çox vəsait daxil olub. Bu barədə Maliyyə Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə,  bu vaxt ərzində büdcədən 9.7 milyard manat və ya 2011-ci ilin müvafiq dövrünə nisbətən 29.0 faiz çox vəsait xərclənib, 1.3 milyard manat məbləğində və ya ümumi daxili məhsulun 3.6 faizi qədər profisit yaranıb. Büdcə xərclərinin 40.7 faizi və ya 4.0 milyard manatı iqtisadiyyatın inkişafına, 12.0 faizi, yaxud 1.2 milyard manatı sosial müdafiə və sosial təminata, 11.8 faizi və ya 1.1 milyard manatı təhsilə və səhiyyəyə yönəldilib. Büdcə xərclərinin 22.5 faizi və ya 2.2 milyard manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31