Azərbaycan müdafiə xərclərinə 2 milyard dollara yaxın pul ayıracaq
Bu, 2013-cü ilin dövlət büdcəsinin ümumi xərclərində 13% təşkil edir
15 Oktyabr 2012 13:13 İqtisadiyyatGələn il Azərbaycanda dövlət büdcəsindən müdafiə xərclərinə 1 milyard 528 milyon 582 min manat (təqribən 1 milyard 947 milyon 238 min dollar) vəsaitin ayrılması planlaşdırılır. Bu 2012-ci ilin göstəricisindən 8,6% çoxdur. Qeyd edək ki, 2012-ci ildə dövlət büdcəsindən müdafiə xərcləri olaraq 1 407 312,4 min manat vəsait ayrılıb. Xüsusi müdafiə təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı əsas bölmələrə aid edilməyən xərclərdə nəzərdə tutulmuş vəsaitlər də nəzərə alınmaqla, müdafiə xərcləri 2013-cü ilin dövlət büdcəsinin ümumi xərclərində 13% təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31