Azərbaycanda bank lisenziyasının dövlət rüsumu ikiqat azaldılıb
22 Dekabr 2015 11:45 İqtisadiyyatAzərbaycanda bank fəaliyyəti sahəsində lisenziyaların verilməsinə görə ödəniləcək dövlət rüsumunun məbləğləri iki dəfə azaldılıb. APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən "Lisenziyalaşdırma Qaydası"nda əksini tapıb.
Bundan sonra bank, xarici bankın yerli filialı üçün lisenziya verilməsinə görə ödənilən dövlət rüsumu 11000 manat, bank olmayan kredit təşkilatı üçün 550 manat ödənilib. İndiyə qədər isə müvafiq olaraq bu fəaliyyət sahələri ilə əlaqədar lisenziya alınması üçün müvafiq olaraq 22000 manat və 1100 manat ödənilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31