İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımına qarşı hərəkətə keçdi
22 Dekabr 2015 11:21 İqtisadiyyatMərkəzi Bankın İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixində manatın idarəolunan üzən məzənnə rejiminə keçirilməsi barədə qərar ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müəyyən tədbirlər görülür. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib. Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31