Xəzəryanı ölkələrin nəqliyyat nazirləri Tehranda görüşəcək
22 Dekabr 2015 10:54 İqtisadiyyatDekabrın 23-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin 3-cü iclası keçiriləcək. "OLAYLAR"-ın Nəqliyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, iclasda nazir Ziya Məmmədovun rəhbərlik etdiyini nümayəndə heyəti iştirak edəcək. Görüş zamanı nəqliyyatın bütün sahələrində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional dəhlizlərin inkişafı, nəqliyyat üzrə Xəzəryanı ölkələrin imkanları və region ölkələrinin nəqliyyat infrastrukturunun modernləşdirilməsi, logistika mərkəzlərinin yaradılması kimi məsələlər müzakirə ediləcəkdir. Yekun olaraq "Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin 3-cü iclasının Bəyanatı"nın qəbul olunması nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31