"Neft Daşları"nda yeni quyu istismara verildi

"Neft Daşları" yatağındakı 2585 nömrəli dərin dəniz özülündən 2598 nömrəli quyu qazmadan sonra istismara verilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 2317-2308 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31