Azərbaycan buğdanın əkin sahəsini 6% artırıb
Gələn ilin məhsulu üçün çovdarın əkin sahəsi isə 2,6 dəfə genişləndirilib
21 Dekabr 2015 12:17 İqtisadiyyatAzərbaycanda təsərrüfatlarda 2016-cı ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini davam edir. Cari il dekabrın 1-i vəziyyətinə 867,9 min ha sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, səpilmiş sahənin 98,2%-i və yaxud 852 385 hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 535 206 ha buğda, 317 150 ha arpa, 29 ha isə çovdar əkinlərinin payına düşür.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin əkin sahəsi 5,7%, o cümlədən buğdanın əkin sahəsi 6,4%, arpanın əkin sahəsi 4,4%, çovdarın əkin sahəsi isə 2,6 dəfə artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31