Xarici malların satışı dayandırıldı
21 Dekabr 2015 11:42 İqtisadiyyatBakıda bir sıra ticarət müəssisələrində xarici ölkələrdən Azərbaycana gətirilən məhsulların satışı dayandırılıb. Milli.Az xəbər verir ki, bu gün səhər Mərkəzi Bankın qərarı ilə manatın məzənnəsinin kəskin dəyişməsindən sonra artıq dərman depoları apteklərə dərmanların verilməsini dayandırıb. Bir sıra mağazalar və supermarketlər də ölkəyə xaricdən gətirilən məhsulların satışını müvəqqəti saxlayıb. Satışın qiymətlər yeni məzənnəyə uyğunlaşdırılandan sonra yenidən bərpa ediləcəyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31