Binəqədi rayonunda valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı

Binəqədi rayonunda valideyn himayəsindən məhrum olmuş uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycanın premium kinoteatrı Cinemalux şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ilk öncə uşaqlar üçün cizgi filmi nümayiş etdirilib. Uşaqlar 28 Cinema-da ilk dəfə nümayiş olunan "Lulunun inanılmaz sirri" cizgi filmini izlədikdən sonra AFK şirkətinin KFC restoranının 28 may filialında nahar ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31