"Wikipedia" yuxarı səviyyəli Azərbaycan domeni aldı

"Wikipedia" şəbəkə ensiklopediyası .az (Wikipedia.az) yuxarı səviyyəli milli domenində qeydiyyata alınıb. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi Rasim Əliquliyev deyib.

Onun sözlərinə görə, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu yanında Wiki-mərkəz yaradılıb: "Onun vəzifəsi "Wikipedia" ilə elmi araşdırmaların aparılmasıdır. AMEA-nın nəzdində fəaliyyət göstərən Wiki-qruplarda isə şəbəkə ensiklopediyasında məlumatdan istifadə və yerləşdirmə üzrə təlimlər keçirilir".

"Wikipedia"nın məlumatına görə, şəbəkə ensiklopediyasında Azərbaycan dilində qeydiyyata alınmış məqalələrin sayı 101,6 mini ötür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31