Qeyd edək ki, "Statoil" "Trans-Adriatik" (TAP) boru kəməri layihəsində 20 faiz, "BTC Ko."da 8,71 faiz, "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsində isə 8,6 faizlik səhmə sahibdir.

Əsası 1972-ci ildə qoyulan "Statoil" Norveçin ən böyük şirkəti, Skandinaviyanın isə ən böyük neft şirkətidir. Səhmlərinin 64 faizi dövlətin nəzarətində olan şirkətin mərkəzi ofisi Norveçin Stavanger şəhərində yerləşir. "Statoil" dünyada xam neftin, Avropada isə qazın əsas ixracatçılarından biridir.