"Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) Rusiyadakı törəməsi - "ABB-Moskva"nın İdarə Heyətinə yeni sədr təyin edilib. Fins.az xəbər verir ki, bu, Emin Əfəndiyevdir. Yeni sədr səlahiyyətlərinin icrasına dekabrın 15-dən başlayıb. Bu təyinata qədər Emin Əfəndiyev banklarda, o cümlədən ABB və "Kapital Bank"da çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31