Rəis müavini: 11 ayın yekununda Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,5 mlrd. manat daxil olacaq

Bu ilin 11 ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsində nəzərdə tutulmuş proqnoz tapşırıqlarına tam olaraq icra edilib. "APA-Economics"in məlumatına görə, bunu Vergilər Nazirliyi Bakı Vergilər Departamenti rəisinin müavini İlkin Vəliyev deyib. Onun sözlərinə görə, hesabat dövründə daxilolmalarda qeyri-neft sektorunun payı 70% təşkil edib. İ. Vəliyev əlavə edib ki, bu ilin 11 ayı üçün Vergilər Nazirliyinin xətti ilə 6,5 mlrd. manatın yığılması nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31