Qəpiklər sıradan çıxa bilər

Məhəmməd Talıblı: “150-500 manatlıq əsginasların dövriyyəyə buraxılması kiçik qəpikləri əhəmiyyətsizləşdirəcək”

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov mətbuata açıqlamasında bildirib ki,  yaxın vaxtlarda 150 və 500 nominallı əsginasların dövriyyəyə buraxılması gözlənilir. Onun sözlərinə görə, hazırda bununla bağlı layihə-dizayn işləri aparılır. Məsələyə münasibət bildirən iqtisadçı ekspert Məhəmməd Talıblı "OLAYLAR"a açıqlamasında deyib ki, 150-500 manatlıq əsginasların dövriyyəyə buraxılması daha xırda pulların, qəpiklərin sıradan çıxması ilə nəticələnə bilər:  "Bu əsginasların dövriyyəyə buraxılması kiçik qəpikləri əhəmiyyətsizləşdirəcək. Kiçik pullardan istifadə aşağı düşəcək. Eyni zamanda inflyasiyaya az da olsa neqativ təsir göstərəcək". Ekspert onu da bildirib ki, sözügedən əsginasların dövriyyəyə buraxılması məmurların işinə yarayacaq: "Məmurlar pullarını daha rahat və az çəkili formada istifadə edə biləcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31