Neft gəlirlərinin azalması vergi daxilolmalarına təsir edib
11 Dekabr 2015 12:44 İqtisadiyyat"Neft gəlirlərinin azalması Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmalarına da müəyyən qədər təsir göstərib". Bunu vergilər naziri Fazil Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib. Nazir qeyd edib ki, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qeyri-neft sektorunun inkişafı ilə bağlı vaxtında gördüyü tədbirlər nəticəsində iqtisadiyyatımızın qeyri-neft sektorunun yüksək sürətlə inkişaf etməsi bu mənfi təsirin aradan qaldırılmasına imkan verib və cari ilin ötən 11 ayı ərzində vergi daxilolmaları üzrə büdcə proqnozlarına artıqlaması ilə əməl olunub: "Büdcə xərclərinin məlum səbəbdən azalmasına baxmayaraq, sosial infrastrukturun yaradılmasına lazım olan qədər vəsait ayrılması bir daha göstərir ki, dövlətimizin siyasətinin mərkəzində həmişəki kimi, yenə də Azərbaycan vətəndaşı dayanır və bu gələcəkdə də belə olacaq".