AZAL Azərbaycana "donuz qripi"nin keçməsinin qarşısını almaq üçün tədbirləri artırır
10 Dekabr 2015 14:48 İqtisadiyyatİranda meydana çıxan "donuz qripi" epidemiyasının hava nəqliyyatı ilə Azərbaycana gətirilməsinin qarşısını almaq məqsədi ilə "Azərbaycan Hava Yolları" QCS-də (AZAL) çalışan və Bakı - Tehran - Bakı istiqamətində uşuşları həyata keçirən bütün təyyarə bələdçiləri üçün "donuz qripinin ilkin simptomları" başlığı altında maarifləndirici bülleten hazırlanıb. Bu barədə Trend-ə AZAL-dan deyiblər. AZAL-dan bildiriblər ki, onlar bununla tanış olaraq bu cür hallarla rastlaşdıqda hansı prosedurları yerinə yetimək lazım olduğunu bir daha nəzərdən keçiriblər.
Qeyd edək ki, son 3 həftədə İranda "donuz qripi"ndən 40 nəfər ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31