Ərzaq məhsullarının qiyməti 1,1 faiz bahalaşıb
12 Oktyabr 2012 17:23 İqtisadiyyatSentyabr ayında avqust ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.6 faiz qrtıb. Statistika Komitəsindən "Olaylar"a verlən məlumata görə, konkret olaraq ərzaq məhsullarının qiymətləri 1.1 faiz, xidmət tarifləri 0.2 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri avqust ayının səviyyəsində qalıb. İlin əvvəlindən keçən ilin müvafiq dövrü ilə müqayisədə qiymət və tariflər doqquz ay ərzində 1.5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.2 faiz, xidmət tarifləri 1.4 faiz bahalaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31