Dənli bitkilərin istehsalı artıb, bostan bitkiləri isə azalıb

Oktyabrın 1-nə kimi dənli bitkilər səpilmiş sahələrin 99.3 faizinin məhsulu toplanıb və həmin sahələrdən qarğıdalı da daxil olmaqla 2762.5 min ton məhsul götürülüb. Bu barədə Statistika Komitəsindən "Olaylar"a verilən məlimata görə,  orta hesabla hər hektarın məhsuldarlığı 1.7 sentner artaraq 27.0 sentnerə çatıb. Bu dövrdə tarlalardan 948.1 min ton kartof, 1136.9 min ton tərəvəz, 516.7 min ton meyvə və giləmeyvə, 424.5 min ton bostan məhsulları, 99.3 min ton üzüm, 23.2 min ton pambıq, 550.3 ton yaşıl çay yarpağı, 3.3 min ton tütün, 46.7 min ton şəkər çuğunduru, 19.4 min ton dən üçün günəbaxan toplanıb. 
Ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli bitkilərin istehsalı 13.6 faiz, pambıq 35.3 faiz, üzüm 22.2 faiz, çay 21.4 faiz, tütün 15.8 faiz, meyvə və giləmeyvə 10.3 faiz, dən üçün günəbaxan 4.1 faiz, kartof 2.7 faiz, tərəvəz istehsalı 0.7 faiz artmış, bostan məhsulları 10.5 faiz, şəkər çuğunduru istehsalı isə 34.5 faiz azalmışıb.  
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31