Nəqliyyat sektoruna 1,7 milyard manat investisiya qoyulub
12 Oktyabr 2012 15:53 İqtisadiyyat2012-ci ilin 9 ayı ərzində nəqliyyat-yol kompleksi üzrə əsas iqtisadi göstəricilər yerinə yetirilib. Bu barədə Nəqliyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, hesabat dövründə 114 milyon ton yük, 1,2 milyard nəfər sərnişin daşınıb. Yüklərin 16,7 milyon tonu dəmir yolu, 9,3 milyon tonu su, 87,9 milyon tonu avtomobil nəqliyyatı ilə daşınıb. Limanlarda 9,1 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilib. Bu dövr ərzində nəqliyyat sektoruna yönəldilmiş investisiyaların ümumi həcmi 1,7 milyard manat təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31