AZAL-dan Bakı-Moskva reysinə yeni tarif

"Azərbaycan Hava Yolları" (AZAL) "Domodedovo" aeropotuna eniş olmaqla Bakı-Moskva reysi üçün yeni Promo tarif təklif edir. Bu gün üçün hər iki istiqamətə biletin qiyməti təxminən 320 manat təşkil edir. AZAL-dan Trend-ə verilən məlumata görə, bu tarifdə aviabiletə baqaj daxil deyil. Sərnişin əlavə 25 avro ödəməklə baqaj (23 kq baqaj) apara bilər. AZAL-dan bildiriblər ki, bu tarif baqajsız səyahət edənlər üçün sərfəli olacaq. Uçuşlar Airbus A320 təyyarələri ilə həyata keçirilir. Promo tarifi AZAL Miles bonus proqramına şamil edilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31