Bakının Süleyman Əhmədov küçəsinin bir hissəsi təmirə bağlanır

Bakının Süleyman Əhmədov küçəsinin Nobel prospekti ilə kəsişməsindən Mingəçevir küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri ilə əlaqədar hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq. Bu barədə "APA-Economics"ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən məlumat verilib.

Qeyd edək ki, təmir işlərinə 9 dekabrdan başlanılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31