Sosial siyasət inkişaf etdirilir

"Azərbaycanda sosial siyasətin inkişafının yüksələn xətt üzrə getməsi artıq təkzibolunmaz reallıqdır. Ölkədə iqtisadi inkişaf nəticəsində sosial ayırmaların həcminin artırılması, əhalinin ümumi rifah halının yüksəldilməsi dövlət sosial siyasətinin prioritetli sahəsi kimi diqqət mərkəzindədir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev səsləndirib. O, bildirib ki, bu da onu göstərir ki, Azərbaycanda xalqın həyat səviyyəsinin yaxşılaş-dırılması dövlətin öz qarşısına qoyduğu ən önəmli məqsədlərdən biridir: " Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31