Ünvanlı sosial yardımın təyinat müddəti uzadıla bilər

Ünvanlı sosial yardım alan imkansız ailələrə təyinat müddətinin usadılması  gözlənilir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, artıq bununla bağlı aidiyyəti orqanlara təkliflər göndərilib. Məlumatda bildirilir ki, araşdırmalar göstərir ki, ünvanlı yardım alan ailələrin təxminən 40 faizinin ailə tərkibində və əmlak vəziyyətində yaxın illərdə onların bu növ dəstək almaq hüququna təsir edəcək dəyişikliklər gözlənilmir. Ona görə də belə ailələrə təyinat müddətinin iki, yaxud üç ilədək uzadılması barədə aidiyyəti orqanlara təkliflər göndərilib. Nazirlikdə hesab edirlər ki, bu dəyişiklik təkrarən ünvanlı yardım almaq üçün vətəndaşları hər il yenidən sənəd toplayıb təqdim etmək çətinliklərindən qurtarmaqla, məmur-vətəndaş təmaslarının daha da azalmasına səbəb olacaq. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31