Noyabr ayında BTC kəməri ilə 2,2 milyon tondan artıq Azərbaycan nefti nəql olunmuşdur

2015-ci ilin noyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 263 min 445 ton Azərbaycan nefti nəql olunub. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-noyabr aylarında bu kəmərlə 26 milyon 373 min 898 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il dekabr ayının 1-ə qədər BTC-yə 290 milyon 213 min 744 ton neft vurulub. Bundan başqa, 2015-ci ilin noyabr ayında BTC kəməri ilə 422 min 299 ton Türkmənistan nefti nəql olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31