SOCAR: Siyasi qərar verildi
7 Dekabr 2015 12:16 İqtisadiyyatTrans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) reallaşdırılması istiqamətində 1 saniyə belə itirmək olmaz. APA-nın xəbərinə görə, bu barədə "SOCAR Türkiyə"nin baş icraçı direktoru Kənan Yavuz "Anadolu" agentliyinə açıqlamasında deyib. K.Yavuz bildirib ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun Bakıya rəsmi səfəri çərçivəsində TANAP-ın tikintisinin sürətləndirilməsi barədə siyasi qərar qəbul edilib. "Anlayırıq ki, layihənin tikintisi maksimum tez qurtarmalıdır. Podratçı şirkətlərlə yenidən söhbətlər aparılacaq, tikinti işləri 24 saatlıq rejimdə aparılacaq. Bir saniyə belə itirə bilmərik", - deyə K.Yavuz bildirib. Türkmənistan qazının da Avropaya TANAP-la nəql olunmasına işarə edən K.Yavuz bildirib ki, kəmərin illik ötürücülük qabiliyyəti 31 mlrd. kubmetrə qalxa bilər.