FHN dənizdə itkin düşən neftçilərlə bağlı məlumat yaydı
4 Dekabr 2015 18:19 İqtisadiyyatFövqəladə Hallar Nazirliyi (FHN) dənizdə itkin düşən neftçilərlə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumata görə, dekabrın 4-də saat 12.30 radələrində FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, "Neft Daşları" NQÇİ-nin 501 nömrəli özülündə güclü dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə uçurub. Hadisə baş verərkən NQÇİ-nin 3 neftçisi köşkdə olub. Dərhal axtarış-xilasetmə əməliyyatına başlanılıb, hadisə rayonuna FHN-in 1 helikopteri və "Vixr-5" yanğınsöndürən gəmisi cəlb edilib. Hazırda itkin düşən neftçilərin axtarışı SOCAR-ın əraziyə cəlb edilmiş gəmiləri ilə birgə davam etdirilir. Əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31