SOCAR: İranın xarici şirkətlərə təqdim etdiyi yataqlar mübahisəli ərazilərdə yerləşmir

"Xəzərin İran sektorunda 4 yataqlar bloku var. Əsas məsələ odur ki, işlənməsi xarici şirkətlərə təqdim olunan yataqlar mübahisəli ərazilərdə yerləşmir". "APA-Economics"in məlumatına görə, bu barədə SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib. X. Yusifzadə bildirib ki, bu məsələdə müəyyən tərəflər spekulyasiya ilə məşğuldur: "Bu, şayiədir. Qonşu ölkə tərəfindən investorlara təqdim olunan yataqlar İranın ərazisidir. Bu yataqlar blokunun bizə aidiyyatı yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31