Azərbaycanda 150 və 500 manatlıq əsginasların buraxılması gözlənilir

Azərbaycanda daha böyük nominalda əsginasların buraxılması gözlənilir."APA-ECONOMICS"in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.Onun sözlərinə görə, bunlar 150 və 500 nominallı əsginaslar ola bilər: "Hazırda bununla bağlı layihə-dizayn işləri aparılır. Müvafiq qərardan sonra əsginasların buraxılması mümkün olacaq".E.Rüstəmov qeyd edib ki, əsginasların buraxılacağı konkret müddət bəlli deyil: "Hökumətlə bu məsələni müzakirə etmişik. Ümid edirəm ki, bu, yaxın illərdə baş verə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31