İyrənc yerdə çörək bişirilər? VIDEO
Ağstafada yerləşən müəssisədə antisanitariya hökm sürür
11 Oktyabr 2012 20:44 İqtisadiyyatAğstafada çörək sexindəki görüntülər - günlərcə yuyulmayan çörək bişirilən və xəmir qarışdırılan qablar. Bu azmış kimi ətraf antisanitariyanı daha da dözülməz edən həşarat və heyvanlarla doludur. Standartlaşdırma və Metrologiya Patent üzrə Dövlət Komitəsinin əməkdaşları növbəti reydini keçirib. Reyd zamanı məlum olub ki, sobanın qızdırılması zamanı işlənmiş mühərrik yağından istifadə olunur ki, bu da çörək istehsalında qəbuledilməzdir. Bunu müəssisənin həyətində motor yağları olan müxtəlif qablar da sübut edir.
Bundan əlavə, təmizlik işləri aparılmadan yuyulmamış qablarda təkrar çörək bişirilərək vətəndaşlara satılır. SMPDK əməkdaşı Rövşən Abbasovun sözlərinə görə, hətta uyğunluq sertifikatı alınmayıb, sex çox natəmiz və antisanitar bir vəziyyətdə fəaliyyət göstərir. Rayonda bir neçə adda spirtsiz içki istehsalı ilə məşğul olan sexdə də vəziyyət fərqli olmayıb. Aparılan yoxlamalarda limonadların istehsalında mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə edildiyi aşkarlanıb.
Ağstafada yararsız olan bütün sexlərin fəaliyyətinə qadağa qoyulub.