SOCAR Energy Georgia yüksək biznes reytinqinə malik şirkətlər sırasındadır

Gürcüstanda fəaliyyət göstərən şirkətlərin biznes reytinqi üzrə 16-cı ənənəvi mükafatlandırılma mərasimi keçirilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, tədbirin əsas sponsorlarından biri SOCAR Energy Georgia şirkəti olub. SOCAR Energy Georgia eyni zamanda qaliblər sırasında - reytinq cədvəlinin ilk onluğunda yer alıb. Şirkət ən böyük vergi ödəyicisi, ən böyük işverən, yüksək keyfiyyət standartı, effektiv menecment nominasiyalarında qalib gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31