Qorxulan oldu: ABŞ əsgərləri Suriyaya girdilər
26 Noyabr 2015 17:15 İqtisadiyyatBu gün səhər saatlarında ABŞ-ın onlarla xüsusi təyinatlı hərbçisi Türkiyə ərazisindən Suriyanın şimalındakı Əyn əl Ərəb şəhərinə giriblər. Bu şəhər həm də "Kobani" kimi tanınır. Milli.Az Əl Məyadin-ə istinadən bildirir ki, İŞİD-lə döyüşmək üçün şəhərə 50 amerikalı komandos yollanıb. Onların Suriya ərazisinə Suriya-Türkiyə sərhədindəki "Bəynar" nəzarət-buraxılış məntəqəsindən keçdikləri və artıq Qamışlı şəhərinə çatdıqları deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31