Ukrayna tikilən mənzillərin sayına görə nəhayət ki, Azərbaycana çata bildi

MDB dövlətləri sırasında Ukrayna tikilib istifadəyə verilən mənzillərə görə beşinci yeri tutur. Bu siyahıda artıq 7-ci dəfədir ki, liderliyi Belarus saхlayır. Bu ölkə əhalinin hər 1000 nəfərinə düşən yaşayış sahəsinə görə digər dövlətləri geridə qoyur. Ukraynanın Dövlət Statistika Xidmətinin məlumatına görə, Belarusdan sonra ikinci yeri Rusiya, üçüncü yeri isə Qazaхıstan tutur. Özbəkistan dördüncü yerdə qərarlaşıb. Ukrayna ilə Azərbaycan beşinci yeri bölüşdürür. Son yerləri isə Ermənistan, Moldova, Qırğızıstan və Tacikistan bölür. ("OLAYLAR")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31