Nazir: "Region ölkələri neft və qazın nəqli üçün Azərbaycanın yaratdığı infrastrukturdan istifadə edə bilər”
24 Noyabr 2015 11:11 İqtisadiyyatAzərbaycan qazının Avropaya nəqli üçün reallaşdırılan Trans-Anadolu (TANAP) qaz kəmərinə qoşulmaq qaz ixrac etmək istəyən region ölkələri üçün səmərəli ola bilər. "APA-Economics"in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev Tehranda keçirilən Qaz İxrac edən Ölkələr Forumuna üzv ölkələrin dövlət və hökumət başçılarının 3-cü sammitində çıxışı zamanı bildirib. Nazir bildirib ki, Azərbaycan neft və qazın nəqli üçün yaratdığı infrastrukturdan (Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri) region ölkələrinin də istifadə etməsini təklif edir. Azərbaycan qazının Avropaya nəqli üçün reallaşdırılan Trans-Anadolu (TANAP) qaz kəmərinə qoşulmaq da qaz ixrac etmək istəyən region ölkələri üçün səmərəli ola bilər.