Ölkəyə 4350 cins düyə gətirilib
11 Oktyabr 2012 12:54 İqtisadiyyatCari ilin 9 ayında keçən ilin müvafiq dövrünə nisbətən mal-qaranın baş sayı 35,9 min baş artaraq 2 mln 699 min başa, davarların baş sayı isə 112,9 min baş artaraq 8 mln 687,7 min başa çatıb. 276,5 min ton diri cəkidə ət və 1 mln 300 min ton süd istehsal olunub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən ət üzrə 17,6 min ton, süd üzrə 69,6 min ton çoxdur. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Respublikamızda heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə Dövlət başçısının müvafiq Sərəncamları ilə Prezidentin ehtiyat fondundan ayrılmış vəsaitlər və həmin vəsaitlərin təkrar istifadəsi hesabına "Aqrolizinq" ASC tərəfindən 2009-cu ildən indiyədək respublikaya 4350 baş cins damazlıq düyələr gətirilib, təsdiq edilmiş qaydalara müvafiq olaraq hüquqi və fiziki şəxslərə lizinqə verilmiş və ya lizinq yolu ilə satılıb. Hazırda respublika üzrə bu heyvanların baş sayı 7226 başa çatıb, ilin sonunadək daha 1940 baş cins mal-qara gətiriləcək.