Azərbaycanda 10360 ha özəl taxılçılıq təsərrüfatı yaradılacaq

2012-ci ilin 9 ayında ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 4 mlrd 088 milyon manat təşkil edib ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz artıqdır. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən məlumata görə,  01 oktyabr vəziyyətinə 1 mln 24 min 120 hektar sahədə biçin aparılıb və 2 mln 762 min 520 ton məhsul istehsal edilib. Keçən ilin müvafiq dövrünə nisbətən 331 min 561 ton artıq məhsul istehsal edilib, hektarın məhsuldarlığı 1,7 sentner artıb. Azərbaycan Respublikasının dövlət torpaq fondu hesabına ölkə ərazisində iri özəl taxılçılıq təsərrüfatının yaradılması barədə verdiyi tapşırığının icrasının təmin edilməsi məqsədilə Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisində müvafiq olaraq 3300 hektar, 1500 hektar və Şəki rayonundan 5560 hektar qış otlaq sahəsində özəl pilot taxılçılıq təsərrüfatlarının yaradılması qərara alınıb.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31