Qeyri-neft sektorunda əlavə dəyər 5,2 faiz artıb

2015-ci ilin yanvar-oktyabr aylarında ölkədə 45,9 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Statistika Komitəsindən verilən məlumata görə, ÜDM-in 33,8 faizi sənayedə, 13,8 faizi tikintidə, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istehsal olunmuş, 38,6 faizi isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib. Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 5,2 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi son bir il ərzində 59,9 faizdən 69,2 faizədək yüksəlib. Ümumi daxili məhsulun 30,8 faizi isə neft sektorunun payına düşüb, bu sektorda əlavə dəyər istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 0,5 faiz artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31