Dollara tələbat niyə artıb?
19 Noyabr 2015 12:35 İqtisadiyyatDünyada baş verən iqtisadi böyran dövlətlərin milli valyutalarının da dəyərdən düşməsi ilə nəticələnib. Rusiya, Çin kimi ölkələrin milli valyutalarında baş verən devalvasiya artıq dolları da haqlayıb. Dünya ölkələrində baş verən proses Azərbaycana da təsirsiz ötüşməyib. Belə ki, son günlər manatın dollar nisbətən ucuzlaşması prosesi müşahidə olunmaqdadır.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Avronun dünya bazarında zəifləməsi manatın da dollara nisbətən dəyərsizləşməsinə gətirib çıxarıb. O, qeyd edib ki, üç həftə əvvəl rəsmi məzənnədə 1 dollar almaq üçün 1,0475 manat ödəmək lazım idisə, hal-hazırda 1.0509 manatdan keçmək lazım gəlir: "Valyuta dəyişmə məntəqələrində isə 1 dollar üçün 1.055 manat tələb edilir. Mərkəzi Bankın iki valyutalı səbətdən istifadə etməsi avronun dollara məzənnəsi əsasında rəsmi kursu müəyyənləşdirməsinə səbəb olur. Bir müddət öncə dünya bazarında 1 avro almaq üçün 1 dollar 14 sent ödəmək lazım idisə indi bu göstərici 1 dollara 6 sentədək azalıb. Deməli, əksər xarici valyutalara nisbətən möhkəmlənən dollar avronu da son günlər sıxışdırmağa başlayıb". V.Bayramov hesab edir ki, manat-dollar və avro kursları göstərir ki, valyuta səbətimizdə dolların payı yenə də yüksək olaraq qalmaqdadır: "Manatın dollara məzənnəsinin dünya valyuta bazarında baş verənlər fonunda dəyişməsinə baxmayaraq kursun son həftələr müqayisəli azalması dollara tələbi artırıb. Monitorinqlər göstərir ki, son rəsmi məzənnələr valyuta bazarına psixoloji təsir göstərir. Dollara hətta müqayisəli və ya nisbi möhkəmlənsə də belə də manatın azalan məzənnəsi xarici valyutalara tələbi artırır. Aydındır ki, Mərkəzi Bank isə iki valyutalı səbətdən istifadə etdiyi üçün avronun dollara nisbətən kursunun azalmasını rəsmi məzənnədə nəzərə almalıdır. Bu baxımdan, ABŞ pulu digər valyutalara nisbətən güclənincə həm rəsmi məzənnədə, həm də valyuta dəyişmə məntəqələrində milli valyutamız müqayisəli dəyər itirəcək". Ekspert vurğulaylb ki, qlobal valyuta bazarında baş verənlər fonunda manatın son dövrlər dollar nisbətən cəmi 0.33 faiz dəyər itirməsinə rəğmən ölkə daxilində xarici valyutalara tələbin yüksəlməsi müşahidə edilir: "Bu isə birbaşa psixiloji təsirlər ilə bağlıdır. Manata psixoloji təzyiqin son günlər artdığı müşahidə edilir. Bu halda Mərkəzi Bank nə etməlidir? Əvvəlla, Mərkəzi Bank vətəndaşlar ilə mətbuat vasitəsi ilə daimi əlaqədə olub valyuta bazarındakı psixoloji təzyiqi azaltmağa çalışmalıdır. Manatın müqayisəli dəyər itirmə səbəblərinin ictimaiyyətə mütəmadi olaraq çatdırılması ilə yanaşı, gələcək məzənnə siyasəti barədə fikirlərin də bölüşdürülməsi məqsədəuyğundur". Ekspert hesab edir ki, bu baxımdan, baş bankda bu dəyişikliklərin valyuta bazarına psxiloji təsirlərinin azaldılması üçün də vətəndaşdaların məlumatlandırılmasına ciddi ehtiyac var. Nəzərə almaq lazımdır ki, dünya bazarında avronun məzənnəsində yeni azalmalar müşahidə edilərsə bu manatın dollara nisbətən müqayisəli ucuzlaşmasının davam etməsinə gətirib çıxaracaq. Digər tərəfdən, iqtisadçı hesab edir ki, Azərbaycanın xarici ticarə dövriyyəsinə uyğun olaraq Mərkəzi Bankın iki valyutalı səbətdəki proporsionallığı dəyişməsi və yeniləməsi mümkündür: "Bu möhkəm dollar təzyiqini müəyyən qədər azalda bilər. Üçüncüsü, əhalinin qeyri-valyuta yığımlarının stimuallaşdırılması ilə bağlı təşviqedici tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bu xüsusən əhalinin xarici valyutalara olan tələbini kəskin azalda bilər".
Alim