Azərbaycan ABŞ şirkətlərini işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyətdən çəkinməyə çağırdı
19 Noyabr 2015 12:04 İqtisadiyyatABŞ şirkətləri işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətdən çəkinməlidirlər. Trend-in məlumatına görə, bunu İqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Bakıda keçirilən Azərbaycan-ABŞ işgüzar görüşündə deyib: "Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bizim üçün ən vacib məsələdir. Bildiyiniz kimi, Ermənistan ərazimizin 20 faizini işğal edib və hazırda xarici şirkətləri işğal edilmiş ərazilərə sərmayə qoymağa təhrik edir. İstərdik ki, Amerika şirkətləri Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz sərmayə qoymaqdan çəkinsinlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31