İran və Çin dollardan imtina edir
Çin İslam ölkəsindən nefti yuanla alır
8 May 2012 18:37 İqtisadiyyatİran və Çin dollardan imtina edir. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, İslam ölkəsi Çinə satdığı neftin əvəzində yuan alır. Yeni valyutaya keçid ABŞ-ın qadağaları ilə bağlıdır. Tehran alacağı yuanları Çin məhsullarının idxalı və xidmətlərində istifadə etməyi planlaşdırır. Son vaxtlar Çin hər il İrandan 30 milyard dollar neft alır. Bu alış-veriş əsasən barter şəklində reallaşdırıılır. Çindən əvvəl isə İran neftinə görə milli valyuta ilə ödənişləri Hindistan etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31