Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Parisdəki terror aktları ilə əlaqədar qətnamə qəbul edib
18 Noyabr 2015 13:01 İqtisadiyyatNizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri tərəfindən qəbul edilən qətnamədə noyabrın 13-də Fransanın paytaxtı Parisdə bir-birinin ardınca törədilən və yüzlərlə insanın ölümü, eləcə də yaralanması ilə nəticələnən terror aktları pislənilir. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan sənəddə deyilir ki, Fransanı sarsıtmış qanlı hadisə ərəb və müsəlman dünyasındakı çox sayda ölkələri böyük qorxu içində saxlayan dəhşətli hadisələrin davamıdır və bu, bir daha sübüt etdiki, sərhəd tanımayan terrorizmlə hər yerdə amansız mübarizə aparılmalıdır. Qətnamə müəlliflərinin fikrincə, vətəndaşların təhlükəsizliyinin təminatıüçün hərbi vasitələrin istifadəsi, həmçinin müharibə qurbanlarına humanitar yarıdımın
göstərilməsi ilə yanaşı, islamın əsl dəyərlərinin düzgün anlaşılması, plüralizm və qarşılıqlı anlaşmanın təmin edilməsi istiqamətində də önəmli işlər görülməlidir. Təşkilatın üzvləri hesab edir ki, YUNESKO-nun nizamnaməsində qeyd edildiyi kimi, sülhün təməli insanların şüurunda formalaşır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bəyan edir ki, qlobal terrorun fəlakətli nəticələrinə qarşı mübarizə çərçivəsində təşkilat cəmiyyətin yaşamalı olduğu bəşəri dəyərlərin təbliğini yorulmadan davam etdirəcək.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından yayılan qətnaməni mərkəzin həmsədrləri - Vayra Vike-Frayberqa, İsmail Serageldin; təşkilatın üzvləri - Boris Tadic, Olusequn Obasanjo, Viktor Yuşşenko, Emil Konstantinesku, Petar Stoyanov, İvo Josopovic, Stepan Mesic, Rexhep Meydani, Valdis Zatlers, Çandrika Kumaratunqa, Petru Luçinski, Zlatko Laqumdjiya, İveta Radicova, Peter Medqyessy, Franko Frattini və Hikmet Çetin imzalayıb.