Ötən ay BTC ilə 2,3 milyon ton Azərbaycan nefti nəql olunub

2012-ci ilin sentyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 261 min 957 ton Azərbaycan nefti nəql olunub.
"Azadinform" ARDNŞ-ə istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu kəmərlə 22 milyon 925 min 721 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2012-ci il oktyabr ayının 1-ə qədər BTC-yə 198 milyon 703 min 421 ton neft vurulub.
Bundan başqa, cari ilin sentyabr ayında BTC kəməri ilə 217 min 264 ton Türkmənistan nefti nəql olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31